Dostluq səfiri Panda Ya Ya gərginliyin simvoluna çevrildi
Bir vaxtlar ABŞ-Çin dostluq səfiri olan Panda Ya Ya bu gün iki ölkə arasında gərginliyin simvoluna çevrilib.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, 20 il əvvəl Çin hökuməti tərəfindən dostluq səfiri kimi Amerika Birləşmiş Ştatlarına (ABŞ) göndərilən Panda Ya Ya bu gün iki ölkə arasında gərgin münasibətlərin simvoluna çevrilib.
ABŞ-ın Tennessee əyalətindəki zooparkında saxlanılan 22 yaşındaki Ya Ya-ya yaxşı baxılmadığına dair iddialar Çində təxminən 3 aydır ki, mübahisələrə səbəb olub. Son fotolarında isə kifayət qədər zəifləmiş görünməsi lazım olan qayğının göstərilmədiyinə dair mübahisələri daha da artırıb.
Çinli internet istifadəçiləri pandanı tez bir zamanda Memfisdəki evlərinə qaytarmaq üçün petisiya başladıblar.
Qeyd edək ki, “panda diplomatiyası” 80 ildir ki, Çinin xarici siyasətində mühüm rol oynayır. Pekin ikitərəfli münasibətləri inkişaf etdirmək istədiyi ölkələrə pandalar göndərir.
Qeyd edək ki, Ya Ya 2003-cü ildə dostu Le Le ilə birlikdə ABŞ-a göndərilib. Lakin Le Le dekabr ayında vəfat edib.
Sayad
