00:00:00
Yazar
Zəri Bayramlı
16.04.2026 16:56 12 1 dəq oxuma
Sosial

Dövlət Gömrük Komitəsi Ermənistandan mal idxalını şərh edib

Dövlət Gömrük Komitəsi Ermənistandan mal idxalını şərh edib

Dövlət Gömrük Komitəsi Azərbaycanın ötən ay Ermənistandan 960 ABŞ dolları dəyərində mal idxal etməsini şərh edib.

 

Komitədən “İnformator.az”ın sorğusuna cavab olaraq bildirilib ki, həmin mal əslində Niderlanddan gətirilmiş qızılgül olub.

 

"Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası"nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.

#idxalını #şərh #azərbaycan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər