00:00:00
Yazar
Cavahir Əsgərbəyli
06.05.2026 17:09 23 1 dəq oxuma
Mədəniyyət

“Dövlət Proqramı: Xaricdə təhsildən dayanıqlı karyeraya” adlı tədbir keçirilib - FOTO

“Dövlət Proqramı: Xaricdə təhsildən dayanıqlı karyeraya” adlı tədbir keçirilib - FOTO

Bakı Konqres Mərkəzində “Dövlət Proqramı: Xaricdə təhsildən dayanıqlı karyeraya” adlı tədbir keçirilib.

 

"İnformator.az" xəbər verir ki, tədbir çərçivəsində 100-ə yaxın gəncə Dövlət Proqramının təqdim etdiyi təhsil imkanları, qəbul şərtləri və karyera perspektivləri barədə ətraflı məlumat, eləcə də proqram məzunları tərəfindən təcrübələrinə əsaslanan tövsiyələr verilib. 

 

Tədbirin məqsədi 2026-2027-ci tədris ili üzrə Dövlət Proqramına müraciət etməyi planlaşdıran gənclərin proqramın qəbul şərtləri, seçim meyarları, Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin gənclərin karyera inkişafındakı rolu barədə ətraflı şəkildə məlumatlandırılması, eləcə də iştirakçıların bu istiqamətdə mövcud suallarının cavablandırılması olub. 

 

Açılış mərasimində Ümummilli lider Heydər Əliyevin xaricdə təhsil ənənəsinin indi daha çox ölkələri, ixtisasları və istiqamətləri əhatə etməsi, hər il yüzlərlə azərbaycanlı gəncin Dövlət Proqramı ilə dünyanın nüfuzlu ali təhsil müəssisələrinə təhsil almağa yollanması, eləcə də xaricdə təhsil alan gənclərin karyera və şəxsi inkişafı, şəbəkələşməsi istiqamətində Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) rolu barədə danışılıb.


Rəsmi hissənin ardınca baş tutan panel müzakirədə Dövlət Proqramının təqdim etdiyi imkanlar, müraciət prosesi və proqramın məzunlar üçün yaratdığı karyera perspektivləri müzakirə olunub və suallar cavablandırılıb.

#gündəm #tədbir #xəbər #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər