00:00:00
Yazar
Səadət Əlizadə
30.07.2026 11:37 23 1 dəq oxuma
İqtisadiyyat

Dövlət qiymətli kağızlarının həcmi 2018-ci illə müqayisədə 7 dəfəyə yaxın artıb

Dövlət qiymətli kağızlarının həcmi 2018-ci illə müqayisədə 7 dəfəyə yaxın artıb

Bu il iyulun 1-nə Azərbaycanda dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi strategiyaya uyğun olaraq, daxili maliyyə bazarının inkişafının dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci illə müqayisədə təxminən 6,8 dəfə artaraq 7 milyard 234,6 milyon manata çatıb.

 

 

"İnformator.az" bu barədə Maliyyə Nazirliyinin "2026-cı ilin I yarımili üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleten"inə istinadən xəbər verir.

 


Qeyd edək ki, cari ilin iyul ayının 1-nə daxili dövlət borcunun 7.234,6 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8.747,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.

#illə #artıb #kağızlarının #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər