00:00:00
Yazar
Zəri Bayramlı
07.07.2026 14:33 23 1 dəq oxuma
İqtisadiyyat

"Dövlət rüsumu haqqında" və "Energetika haqqında" qanunlar dəyişir

"Dövlət rüsumu haqqında" və "Energetika haqqında" qanunlar dəyişir

"Qaz təchizatı haqqında" 8 iyul 2025-ci il tarixli qanunun icrası ilə əlaqədar "Dövlət rüsumu haqqında" və "Energetika haqqında" qanunlara dəyişikliklər edilməsi nəzərdə tutulur.

 

"İnformator.az" xəbər verir ki, yeni "Qaz təchizatı haqqında" qanunda ləğv edilmiş 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından "Dövlət rüsumu haqqında" qanunda müvafiq dəyişiklik edilir (18.59-cu maddə ləğv edilir).


Eyni zamanda "Energetika haqqında" qanunda terminoloji xarakterli uyğunlaşdırma həyata keçirilir.

#haqqında" #azərbaycan #xəbər #qanunlar #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər