00:00:00
Yazar
Admin User
17.12.2025 18:31 87 2 dəq oxuma
Sosial

Dərmanlara maraq artır, səbəbi xəstəliklərdir yoxsa reklam?

Dərmanlara maraq artır, səbəbi xəstəliklərdir yoxsa reklam?

Son dövrlərdə dərman satışlarında nəzərəçarpacaq artım müşahidə olunur və bu hall cəmiyyətdə ciddi suallar doğurur.

 

Mövzu ilə bağlı həkim, professor Adil Qeybulla "İnformator.az"a açıqlamasında bildirib ki, həkimlər beynəlxalq klinik protokollara əsaslanaraq müalicə aparır və bu protokollar ayrı-ayrı xəstəliklər üzrə qəbul olunmuş elmi yanaşmaları özündə əks etdirir:

 

"Dünyanın heç bir yerində həkim təyinatı olmadan dərman istifadəsinə icazə verilmir. Yəni, əslində, bu tövsiyə edilmir və insanlar da buna əməl etməlidirlər. Hətta apteklərdə deyil, marketlərdə satılan parasetamol və ibuprofen kimi sadə ağrıkəsicilər belə həkim məsləhəti ilə qəbul edilməlidir. Bu, səhiyyə sisteminə olan güvənin göstəricisidir. Təəssüf ki, Azərbaycanda bu qaydalara çox vaxt riayət olunmur. İnsanlar tanışın məsləhəti və ya sadəcə öz düşüncəsinə əsaslanaraq aptekə gedib antibiotiklər və müxtəlif dərman vasitələri alırlar. Bu cür özbaşına dərman istifadəsi isə bəzən çox ağır nəticələrə, hətta ölümlə nəticələnən faciələrə səbəb olur. Antibiotikdən ev şəraitində baş verən ölüm hallarının artması, təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin faciəsidir. Bu baxımdan, dərman preparatlarının təyinatı yalnız hüquqi və tibbi səlahiyyətə malik olan həkimlərə məxsus olmalıdır. Çünki həkim dərmanın orqanizmdəki təsir istiqamətini, farmakokinetikasını və farmakodinamikasını, həmçinin digər dərmanlarla qarşılıqlı təsirini bilir və bu biliklər əsasında düzgün qərar verir. Üstəlik, həkimlər beynəlxalq klinik protokollara əsaslanaraq müalicə aparır və bu protokollar ayrı-ayrı xəstəliklər üzrə qəbul olunmuş elmi yanaşmaları özündə əks etdirir. Buna görə də dərmanların özbaşına istifadəsi ciddi təhlükə yaradır. Dərman istifadəsinin artmasına gəlincə, bu, bir sıra amillərlə bağlıdır. İnsanlar çox zaman soyuqdəymə və digər yüngül simptomlar zamanı həkimə müraciət etmədən özbaşına dərman alaraq istifadə edirlər. Ev şəraitində sistem vurmaq kimi ciddi prosedurlara əl atırlar. Bununla yanaşı, əhalinin artması və xəstəliklərin çoxalması da dərman istehlakının artmasına təsir edir. Dünyada bu proses daha sistemli şəkildə aparılır. İcbari tibbi sığorta çərçivəsində dərman istifadəsi dəqiq şəkildə tənzimlənir. Lakin Azərbaycanda bu sahədə müəyyən xaotik yanaşma mövcuddur və bu da ümumi dərman istehlakına təsir edir".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər