00:00:00
Yazar
Aise Mustafayeva
10.09.2026 21:57 95 2 dəq oxuma
İqtisadiyyat

Dünya bankından Azərbaycan iqtisadiyyatına yüksək qiymət

 

Dünya bankından Azərbaycan iqtisadiyyatına yüksək qiymət

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirib.

 

 

Sentyabrın 9-da maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays və Bankın nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milii Məclisin üzvü Vüqar Bayramov bildirib ki, Dünya Bankı qlobal miqyasda aparıcı beynəlxalq maliyyə qurumlarından biridir və qurumun hər hansı ölkə ilə bağlı mövqeyi xüsusi əhəmiyyət daşıyır.

 

 

"Dünya Bankının Azərbaycanla bağlı müsbət fikirlər səsləndirməsi ölkənin əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini göstərir. Azərbaycanın əsas hədəflərindən biri sabit və davamlı iqtisadi inkişafa nail olmaqdlr". 

 

 

İqtisadçının sözlərinə görə, Azərbaycan son illərdə bu istiqamətdə mühüm addımlar atır. Xüsusilə gizli iqtisadiyyata qarşı mübarizə, iqtisadiyyatın şəffaflaşdırılması və leqallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə nəzarət gücləndirilib 

 

 

Vüqar Bayramov onu da diqqətə çatdırır ki, Azərbaycanla Dünya Bankı arasında uzunmüddətli əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq getdikcə daha da genişlənir.

 

 

"Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı qarşılıqlı faydaya əsaslanır və müxtəlif sahələrdə həyata keçirilən layihələr ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verir. Bu əməkdaşlıq eyni zamanda innovasiya, yeni texnologiyalar və müasir biliklərin Azərbaycan iqtisadiyyatına transferinə imkan yaradır".

 

 

Sonda Vüqar Bayramov onu da vurğulayır ki, beynəlxalq maliyyə qurumları ilə birgə reallaşdırılan layihələr Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm amildir. Bu əməkdaşlıq innovasiya, texnologiya və nou-haunun ölkəyə gətirilməsi baxımından da əhəmiyyətlidir. 

 

 

 

Aişə Mustafayeva

#yeni #qiymət #azərbaycan #gündəm #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər