00:00:00
Yazar
Nərmin Həşimova
11.05.2026 18:26 25 1 dəq oxuma
İqtisadiyyat

Dünya bazarında enerji böhranı: Hörmüz boğazının bağlanmasının nəticələri

Dünya bazarında enerji böhranı: Hörmüz boğazının bağlanmasının nəticələri

İranın ABŞ və İsraillə müharibəsi fonunda Hörmüz boğazını bağlaması səbəbindən dünya bazarı son iki ay ərzində təxminən 1 milyard barel neftdən məhrum olub.


Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli "İnformator.az"a açıqlamasında bildirib ki, Hörmüz boğazının dünya ticarətində strateji əhəmiyyəti odur ki, müharibədən öncə dünyada 20 milyon barel neft hər gün həmin Hörmüz boğazından keçərək dünya bazarlarına çıxıb:


"Bu, dünya bazarına çıxan neftin təqribən beşdə biri idi. Avropaya satılan təbii qazın isə təqribən üçdə biri Hörmüz boğazından keçirdi. Məhz Avropaya satılanlardan söhbət gedir, ona görə də əhəmiyyəti böyükdür və Hörmüz boğazının bağlı olması və yaxud da orada problemlərin olması neft qiymətlərini kəskin artırıb. Bu gün biz neft qiymətlərinin kəskin artdığı dövrdə yaşayırıq. Dünya bazarında ən böyük problemlərdən biri tək logistikanın bağlanması deyil, həm də hasil olunan neftin, dünya bazarına çıxarılan neftin azalmasıdır.  Gündə təqribən 7, 8,  10 milyon barel daha az dünyaya neft satılır, bazara çıxarılır.  Bu da dünya iqtisadiyyatı üçün kifayət qədər ciddi bir problem yaradır. Amma bu da müvəqqətidir. Nə vaxt bu problem həllini tapacaqsa,  həm hasilat,  həm logistika ilə bağlı vəziyyət düzələcək, həm də qiymətlərin daha kəskin aşağı düşəcəyini görəcəyik".


Günel Əlili

#Hörmüz #nəticələr #bağlanması #dünya bazarı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər