00:00:00
Yazar
Banuçiçək Məmmədova
13.04.2026 16:47 18 1 dəq oxuma
Dünya

Dünyanın ən güclü dövləti ilə həmrəyik - Netanyahu 

 

Dünyanın ən güclü dövləti ilə həmrəyik - Netanyahu

Dünən səfərdən qayıdarkən təyyarəsindən mənə zəng edən ABŞ vitse-prezidenti Ceyms Devid Venslə danışdım. Danışıqlardakı inkişaflar barədə mənə ətraflı məlumat verdi.

 

"İnformator.az" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

 

“Vens mənə Prezident Tramp və ABŞ üçün əsas məsələnin bütün zənginləşdirilmiş materialların çıxarılması və İranda gələcək illərdə, bəlkə də onilliklər ərzində heç bir zənginləşdirmənin olmayacağını təmin etmək olduğunu bildirdi.

İran qaydaları pozduğu üçün Tramp blokada, dəniz mühasirəsi tətbiq etmək qərarına gəldi və əlbəttə ki, biz bu qəti mövqeyi dəstəkləyirik.

Dünyanın ən güclü dövləti ilə həmrəyliyimiz və birlikdə ən ciddi təhdidlərə qarşı durmaq qabiliyyətimiz var. İsrail öz gücünün zirvəsindədir”, - Netanyahu qeyd edib.

Qeyd edək ki, Amerika tərəfi İslamabadda İran nümayəndə heyəti ilə danışıqlar aparıb və onlar yekun razılığa gələ bilməyib.

#güclü #azərbaycan #netanyahu #dövləti #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər