EDB: Çin regionda ən çox yatırımı Azərbaycana edib
Çinin Cənubi Qafqaz regionundakı birbaşa xarici investisiya (BXİ) portfeli son on ildə 2,5 dəfə artaraq 2025-ci ilin ilk yarısında 690 mln. ABŞ dollarına çatıb. Bu investisiyaların təxminən 60%-i Azərbaycana, 40%-i isə Gürcüstana yönəlib.
Mövzu ilə bağlı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, Çinin dəniz strategiyası qlobal dünyaya, müxtəlif yerlərə investisiyalar etməkdir:
"Azərbaycan, yəni bu prosesdə, çox da irəlidə deyil. Yəni bu baxımdan, Azərbaycana Çinin investisiyaları böyük deyil. Çin əlbəttə ki, texnoloji cəhətdən üstün ölkə olmaqla bizə investisiya etdikcə, təbii ki, bu, texnologiyanı gətirir və bu baxımdan əlverişlidir. Yəni bizə edilən əsas, ən öndə gedən faydası texnologiya gətirməkdir. İkincisi, investisiya edildikdə, edən tərəf, yəni investisiya qoyduğu tərəflə iqtisadi və siyasi münasibətləri qorumağa çalışır. Hələ ki, o qoyulan investisiyanın həcmi o qədər böyük deyil, amma böyük olduqda, təbii ki, onların həmin ərazidə sülhün olmasına, çünki özünün investisiyaları geosiyasi risklərə məruz qaldıqda, qarşıqlar baş verdikdə, təbii ki, bu zaman riskə məruz qalır. Yəni, buna görə, bu nəzərə alınmaqla, investisiya edən tərəf həmişə investisiyalarını qoruyur. Bu da həmin model üzrədir. Çinin qoyduğu investisiyaların adətən xidmət sahəsinə və sair belə deyil, daha çox istehsal prosesinə qoyur.Yəni hər iki tərəf də istənilən halda yaradılan infrastruktur və birbaşa qoyulan istehsal dolayısı ilə ölkənin məhsuldarlığına kömək edir. İstehsal hansısa formada ixraca çevrilir, yaxud idxalı əvəz edir. Bu məsələdə ölkə eyni qədər valyuta qazandırır, fərqi yoxdur. Amma hansısa sual olursa ki, məhz bu, hansı sahədə baş verir, o, məhz hansı sektora qoyulmasından asılıdır, nə istehsal etməsindən asılıdır. Əgər elə bir şeyə qoyursa ki, orada, həmin sahədə bizdə artıqlıq, bizim orada rəqabət üstünlüyümüz var və orada əlavə bir az da artıqlıq yaradır, o, təbii ki, ixracı artırır. Əks halda isə idxalı azaldır".
Günel Əlili
