00:00:00
Yazar
Ayan Sədi
28.04.2026 12:44 23 2 dəq oxuma
İqtisadiyyat

“Eko Səfir Qızlar”ın yekun mərasimi: Resource HUB layihəsində gənclər yaşıl ideyaları ilə səhnəyə çıxdı

“Eko Səfir Qızlar”ın yekun mərasimi: Resource HUB layihəsində gənclər yaşıl ideyaları ilə səhnəyə çıxdı

Bakıda "Resource HUB"un həyata keçiridiyi “Eko Səfir Qızlar” proqramının yekun təqdimat mərasimi baş tutub. Tədbirdə Lənkəran və Neftçala rayonlarını təmsil edən gənc fəallar proqram çərçivəsində hazırladıqları “toxum layihələri”ni ictimaiyyətə nümayiş etdirərək, ekologiya və icma inkişafı sahəsindəki fəaliyyətləri barədə məlumat veriblər.

 


Mərasimdə çıxış edən natiqlər proqramın gənc qızların liderlik bacarıqlarının inkişafına və ekoloji biliklərinin artırılmasına verdiyi töhfəni yüksək qiymətləndiriblər. Layihə rəhbəri və ideya müəllifi Fidan Dərgahlı bildirib ki, “Eko Səfir Qızlar” indiyədək ölkənin 7 fərqli bölgəsində (Quba, Qusar, Bərdə, Mingəçevir, Ağdam, Qəbələ və İsmayıllı) uğurla icra edilib. Builki mərhələdə isə cənub bölgəsinin gəncləri — Lənkəran və Neftçala iştirakçıları prosesə cəlb olunublar.

 


Tədbirdə vurğulanıb ki, layihənin əsas xətti ekologiya olsa da, onun təsir dairəsi daha genişdir. İştirakçılar aşağıdakı istiqamətlərdə maraqlı təşəbbüslərlə çıxış ediblər:

 

Resursların qorunması: “Bir Ağac – Bir Məsuliyyət”, “Təmiz Su – Sağlam Gələcək”;

İcma inkişafı: “Şəhərimizi tanıyaq”, “Eko Klub”;

Yaşıl iqtisadiyyat: “Fermerdən Şəhərə: Yaşıl Bazar”, “Sağlam Həyat, Sağlam Qida”;

Sosial məsuliyyət: “Səssiz Dostların Səsi” (Heyvanların mühafizəsi) və “Gənclər danışır: Eko Media”.

 


Mərasimdə qlobal iqlim dəyişikliyi və təbii resursların tükənməsi kimi çağırışların aktuallığı qeyd olunub. Xüsusilə, Azərbaycanın 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi və Bakının Dünya Şəhər Forumuna ev sahibliyi edəcəyi bir vaxtda gənclərin bu cür layihələrdə iştirakının milli prioritetlərə xidmət etdiyi bildirilib.

 

 

Tədbirin sonunda proqram iştirakçılarına sertifikatlar və tərəfdaş Yelo Bank tərəfindən xüsusi hədiyyələr təqdim olunub.

#xəbər #yekun #“eko #resource
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər