00:00:00
Yazar
Admin User
16.12.2025 14:40 140 2 dəq oxuma
Sosial

Ekranlar artdıqca ürəklər soyuyur

Ekranlar artdıqca ürəklər soyuyur

 


Son dövrlər cəmiyyətdə empatiya səviyyəsinin azalması müşahidə olunur. İnsanların bir-birinə qarşı laqeyd münasibəti sosial əlaqələrin zəifləməsinə səbəb olur. Empatiya çatışmazlığının cəmiyyətdə gərginliyi artırdığı görünür.


Mövzu ilə bağlı psixoloq Aynur İsmayılova “İnformator.az”a bildirib ki, cəmiyyətdə empatiyanın azalmasına səbəb olan amillərdən biri insanların sosiallaşmaqdan qaçmasıdır:

 

“Son illərdə cəmiyyətdə empatiyanın azalmasına səbəb olan amillərdən biri insanların sosiallaşmaqdan qaçmasıdır. İnsanlar əvvəllər sosial idilər. Bu qədər sosial şəbəkələr, internet geniş yayılmamışdı. Bu halda da insanlar bir-biri ilə daha çox canlı ünsiyyətə girirdilər və canlı ünsiyyətə daha çox ehtiyac duyulurdu. Canlı ünsiyyət isə emosional şəkildə fikir mübadiləsi formasında üz-üzə olurdu. Beləliklə, insanlar bir-birlərilə empatiyanı daha yaxşı qura bilirdilər. Eyni zamanda bir- birlərini daha yaxşı başa düşə bilirdilər. Lakin indi insanlar bir- birindən uzaq olduqlarına görə empatiya hissi də cəmiyyətdə azalmağa başlayıb”. 

 

Mütəxəssis bunun cəmiyyətə təsirlərindən və həll yollarından da danışıb: 

 

“Belə təsir göstərir ki, nə qədər ki, canlı ünsiyyət azalıb insanlar bir o qədər empatiyadan qaçır. Hətta pandemiya dövründə də canlı ünsiyyətin azalmasına səbəb insanların bir-birinə xəstəlik yoluxdurması səbəbi ilə daha da artmağa başladı.

Sosial şəbəkədən istifadə çoxaldı,  sosial şəbəkələr artdıqca, fikir mübadiləsi artıq virtual olmağa başladıqca,empatiya çatışmazlığı sosial münasibətlərdə dostluqların azalmasına, işçilərin iş bilikləri qurmaqda bir-birini anlamasının azalmasına səbəb oldu. İctimai davranışlarda isə biz çox vaxt fikir veririk ki, insanlar daha çox aqressivdirlər. Aqressiv olmağa səbəb isə, təbii ki, sosial şəbəkələrdən, telefonlardan istifadə, cansız ünsiyyət vasitəsidir. Beləliklə də insanların sanki bir-birindən real və canlı ünsiyyətə olan maraqları azalmışdır. “İnternet detoksları”etmək lazımdır. Yəni telefondan uzaq durmaq, daha çox parklarda gəzmək və eyni zamanda hər gün tanımadığımız insanla tanış olmaq, onunla ünsiyyətə girmək, və canlı ünsiyyəti çoxaltmaq. “Sosial şəbəkələr detoksu”etmək, yəni sosial şəbəkələrdən az istifadə edərək daha çox canlı ünsiyyətə yol vermək, kitab müzakirələri aparmaq, daha çox ictimai və sosial yerlərdə olmaq, kukla teatrlarına, ümumi tamaşalara, teatrlara getmək, demək olar ki, bu problemin qarşısını almağa başlayacaq. Empatiya hissinin azalması insanlarda stress və depressiyanı daha çox artırmağa yönəlik bir əlamətlər ortaya qoyur  və bu səviyyədə də empatiyada nə qədər azalma olacaqsa, insanlar arasında depressiya və stress daha çox çoxalmış olacaq”.

 


Rəmziyyə Babazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər