00:00:00
Yazar
Admin User
28.11.2025 18:12 164 2 dəq oxuma
Sosial

Elektrikli velosiped dayanacaqları arasındakı məsafə problemi

Elektrikli velosiped dayanacaqları arasındakı məsafə problemi

Son zamanlar paytaxtda vətəndaşlar arasında velosiped, skuter kimi kirayə nəqliyyat vasitələrinin istifadəsi geniş yayılıb. Lakin bəzi ərazilərdə həmin nəqliyyat vasitələrinin dayanacaqları arasındakı məsafə, bəzi yerlərdə isə ümumiyyətlə, dayanacaqların olmaması istifadəçilər üçün problem yaradır.

 

"İnformator.az" bu problemlə bağlı həmin nəqliyyat vasitələrinin istifadəçiləri arasında sorğu keçirib.


İstifadəçilərdən Toğrul Həşimov mövzu haqqında sayta açıqlamasında bildirib ki, elektrikli nəqliyyat vasitələrinin dayanacaqları arasında məsafə çoxdur:


"Bu problem çox zaman vaxt itkisinə səbəb olur. Həmçinin, kirayə qiymətləri də olduqca bahadır. Amma elektrikli velosiped və skuterlerdən istifadə olduqca maraqlı və əyləncəlidir, bəzi problemlər aradan qalxsa həmin vasitələrin istifadəsinə daha çox üstünlük verilər".

 

Problemlə bağlı istifadəçi tələbələrdən Cavid Məmmədzadə də sayta danışıb və bildirib ki, o, hələ elektrikli velosipedlərdən istifadə etməyib, lakin elektrikli skuterlərlə bağlı dayanacaq problemi ilə o da üzləşib:

 

"Tələbələr üçün vaxt olduqca dəyərlidir. Lakin dayanacaqlar arasında çox məsafə olduqda, hətta bəzən bəzi ərazilərdə demək olar ki, dayanacaqlar olmadıqda zamanımız boşa gedir. Bu problemlərin həll olunması hər bir istifadəçi üçün daha xoş olar".


Ölkəmizin elektrikli kirayə velosipedlərdən istifadəsini təmin edən şirkət -"APAR"ın müştəri dəstəyi xidməti saytımıza açıqlamasında bildirib ki, imkan yarandıqca yeni dayanacaqlar əlavə olunacaq:


"Müştərilərimizin rahatlığını təmin etmək üçün parkinq zonalarının artırılması üzərində şirkətimiz daim işləyir. Onların rəyi şirkətimiz üçün hər zaman önəmlidir və həmin rəylərə uyğun yeniliklər üzərində çalışılacaq".


Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər