00:00:00
Yazar
Aişə Mustafayeva
16.02.2026 19:31 21 1 dəq oxuma
İqtisadiyyat

Elektromobil istehsalından imtina avtomobil sənayesinə 65 milyard dollara başa gəlib

Elektromobil istehsalından imtina avtomobil sənayesinə 65 milyard dollara başa gəlib

ABŞ-də iqlim siyasətinə yanaşmanın dəyişməsi fonunda elektromobil istehsalı planlarından imtina dünya avtomobil sənayesinə 2025-ci ildə azı 65 milyard dollara başa gəlib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, ABŞ sadəcə subsidiyalaşdırmadan imtina edib:

 

"Elektrik avtomobillərinin istehsalı ilə məşğul olan şirkətlər istehsalı azaldıblar. Çünki subsidiya olmayanda o çox baha başa gəlir. Satış subsidiyası da olmadıqda vətəndaş almır. Ona görə də, avtomobil bazarında belə bir situasiya yaranıb. İndi daha çox hibrid avtomobillərin istehsalı ilə bağlı dövlət orqanları, hökümətlər dünyada proqramlar qəbul edir. Çünki Elektrik avtomobillərinin istehsalın özü ekologiyanın və iqlim dəyişikliyinə zərər vuran digər amillərə çox mənfi təsir göstərir. Elektrik avtomobili işlədərkən daha təmiz enerjidən istifadə olunur və az ziyan vurulur. Amma istehsalı zamanı, onun batareyalarının istehsalı zamanı 11 elementdən istifadə olunur. Bunların arasında nadir elementlər də, mədən elementləri də var. Onların istehsal edilməsi üçün yerlər qazılır. Ekologiyaya da bundan çox necə zərər vurmaq olar. Ona görə də, mənə elə gəlir ki, bu məsələ ölkələrin mövqeyindən asılı olaraq ciddi diskussiya mövqeyi olacaq. Məsələn, Şimali-Avropa ölkələri hələ də təşviq proqramları qəbul ediblər. Yəni elektrik avtomobili alanlara dövlət dəstək verir. Amma, Amerika yavaş-yavaş bu yoldan imtina edir".

 

Aişə Mustafayeva

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər