00:00:00
Yazar
Asiman Vəliyeva
18.02.2026 20:42 116 1 dəq oxuma
Maraqlı Özəl

Elektron siqaret çəkənlər cərimələnəcək

Elektron siqaret çəkənlər cərimələnəcək

Küçədə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək. Elektron siqaretlərin idxalı, ixracı, istehsalatı da qadağan edilib. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan inzibati xətalar məcəlləsində təklif edilən qanunvericiliyə əsasən, ictimai yerlərdə elektron siqaret çəkənlər 30 manat dəyərində cərimə ediləcəklər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Ramil Süleymanlı bildirib ki, Milli Məclisdə müzakirə olunan məsələlərdən biri İnzibati Xətalar Məcəlləsinə edilən əlavələrlə bağlıdır:

 

“Bu əlavələrə əsasən, elektron siqaret və onun komponentlərinin idxalı, istehsalı və satışı ilə məşğul olan fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1650-2200 manat, hüquqi şəxslər isə 4000-5000 manat məbləğində inzibati qaydada cərimə olunacaqlar.

Eyni zamanda, elektron siqaretdən istifadə edən şəxslər harada olmasından asılı olmayaraq 30 manat məbləğində cərimə ediləcəklər.

Bu sahəyə nəzarət dövlət qurumları həyata keçirəcək. O cümlədən Gömrük Komitəsi, müvafiq dövlət xidmətləri və vergi orqanları idxal, istehsal və satış proseslərinə nəzarət edəcəklər. Vətəndaşların istifadəsi ilə bağlı hallar isə polis əməkdaşları, həm təhlükəsizlik kameraları vasitəsilə, həm də yerində aşkar edilərsə, protokollaşdırılacaq.

Cərimə məlumatları elektron sistemə daxil ediləcək və vətəndaşın inzibati məsuliyyətə cəlb olunması İnzibati Xətalar Məcəlləsinə uyğun qaydada həyata keçiriləcək.

Bu dəyişikliklər 1 apreldən qüvvəyə minəcəkdir”.

 

Səadət Əlizadə

#yeni #xəbər #elektron #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər