00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
25.09.2026 23:12 44 2 dəq oxuma
Maraqlı

Elmin həll olunmayan ən böyük sirlərindən biri -Ümumi anesteziya beynimiz haqqında nə deyir?

Elmin həll olunmayan ən böyük sirlərindən biri -Ümumi anesteziya beynimiz haqqında nə deyir?

 

1797-ci ildə Britaniya donanmasının komandiri admiral Horatio Nelsonun sağ qolu amputasiya edildi. Əməliyyat onun həyatını xilas etdi. Lakin rəvayətə görə, ona təklif olunan yeganə keyləşdirici vasitə bir qurtum rom olub.

 

Bəşər tarixinin böyük hissəsində hətta ətrafların amputasiyası belə xəstələr tam ayıq vəziyyətdə olarkən həyata keçirilirdi. 1846-cı ildə ümumi anesteziyanın tətbiq olunması isə tibbdə böyük dönüş yaratdı. Artıq şüuru istənilən vaxt, istənilən yerdə və istənilən insanda müvəqqəti olaraq söndürmək mümkün idi.

 

Hər il 350 milyondan çox cərrahi əməliyyat ümumi anesteziya altında həyata keçirilir. Lakin bu sirli dərmanların insanı necə yuxuya verdiyi hələ də tam aydın deyil.

 

İndi əldə olunan yeni elmi məlumatlar alimlərə beynin fundamental fəaliyyət mexanizmlərini anlamağa kömək edir. Bu məlumatlar hətta şüurun mənşəyi haqqında da ipucları verir.

 

Anesteziklərin bir neçə növü var. Bəziləri ağrını birbaşa bloklayır, digərləri isə insanı yuxulu və rahat vəziyyətə gətirir.

 

Ümumi anesteziklər bundan bir addım da irəli gedir. Bu dərmanlar insanı huşsuz vəziyyətə salır və nəticədə insan ətrafında baş verənlərdən heç bir xəbərdar olmur.Huşsuzluq yarada bilən çoxlu müxtəlif anestezik maddələr mövcuddur. Bunlara praktikada nadir hallarda istifadə olunan, nisbətən təsirsiz görünən ksenon qazından tutmuş, ən geniş və ən çox istifadə edilən ümumi anesteziklərdən biri olan propofola qədər müxtəlif maddələr daxildir.

 

Ümumi anesteziklərin kimyəvi quruluşları bir-birindən ciddi şəkildə fərqlənə bilər. Lakin onların hamısında ortaq cəhət budur: onlar beyindəki sinir hüceyrələri arasındakı əlaqəni pozur və həmin hüceyrələrin bir-biri ilə normal şəkildə “ünsiyyət qurmasına” mane olurlar.

 

Maqnit-rezonans tomoqrafiyası (MRT) müayinələri göstərir ki, ümumi anesteziya zamanı beynin ümumi fəaliyyətində azalma baş verir.Lakin bunun xəstəni dəqiq olaraq necə yuxu və ya huşsuzluq vəziyyətinə saldığı hələ tam məlum deyil.Məsələn, anesteziyanın yaratdığı huşsuzluq vəziyyətinin bütün beynin fəaliyyətinin tamamilə dayanmasını tələb edib-etmədiyi aydın deyil. Yaxud beynin müəyyən hissələri digərlərindən daha mühüm rol oynaya bilər.

London İmperial Kollecinin birofizika və anesteziologiya professoru Nik Franks belə deyir:

 

“Bütün beyin fəaliyyətini dayandırsa belə, beyin o qədər bir-biri ilə əlaqəlidir ki, qlobal dayanmanı nəyin başladığını dəqiq müəyyənləşdirmək çox çətindir".


O əlavə edir ki, beyin görüntülərinə baxdıqda müəyyən bölgələrin anesteziyaya daha həssas olduğu və ilk olaraq həmin bölgələrin fəaliyyətinin dayandığı aydın görünür.

#baki #olunmayan #anesteziya #gündəm #həll
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər