00:00:00
Yazar
Admin User
14.11.2025 19:13 180 1 dəq oxuma
Mədəniyyət

Emin İbrahimovla vida mərasimi keçirilib

Emin İbrahimovla vida mərasimi keçirilib

Türkiyədə baş vermiş yol qəzasında faciəvi şəkildə həlak olan tanınan azərbaycanlı jurnalist və "Avronyus" müxbiri Emin İbrahimovla vida mərasimi keçirilib.

 

"İnformator.az" xəbər verir ki, mərasim Təzə Pir məscidində olub.

 

Mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün çoxsaylı media nümayəndələri, dostları, siyasi və ictimai xadimlər, paytaxt sakinləri iştirak edib.

 

Emin İbrahimov Azərbaycan jurnalistikasının ən görkəmli simalarından biri kimi tanınırdı. Onun reportajları, xüsusilə də 2020-ci il Vətən Müharibəsi dövründə hazırladığı materiallar peşəkarlığı, obyektivliyi və fədakarlığı ilə geniş rəğbət qazanmışdı.

 

Emin İbrahimov bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər