00:00:00
Yazar
Admin User
03.02.2026 16:28 52 2 dəq oxuma
Maraqlı

Emin Əmrullayev səudiyyəli həmkarı ilə görüşüb

Emin Əmrullayev səudiyyəli həmkarı ilə görüşüb

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkənin təhsil naziri Yusif bin Abdullah əl-Binyan ilə görüşüb. Görüşdə ali və peşə təhsili sahələrində iki ölkə arasında əməkdaşlıq imkanları və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan təşəbbüslər müzakirə olunub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı arasında təhsil sahəsindəki elm və təhsil sahəsində strateji yaxınlaşma, ölkəmizin insan kapitalının inkişafı və qlobal təhsil bazarına inteqrasiyası baxımından mühüm elmi-praktiki əhəmiyyət kəsb edir:

 

"Ali təhsil pilləsində bu əməkdaşlıq, xüsusilə STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahələri üzrə birgə elmi-tədqiqat layihələrinin icrasına və universitetlərarası mobilliyin artırılmasına xidmət edir. Səudiyyə Ərəbistanının nəhəng resursları və elmi mərkəzləri ilə qurulan əlaqələr Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsinə və akademik nüfuzunun artmasına birbaşa təsir göstərir.  

 

Peşə təhsili istiqamətində isə bu tərəfdaşlıq əmək bazarının müasir tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması üçün yeni imkanlar açır. Səudiyyə Ərəbistanının sənaye və texnologiya sahəsindəki qabaqcıl təcrübəsinin Azərbaycanın peşə təhsili müəssisələrinə inteqrasiyası, gənclərin praktiki vərdişlərə yiyələnməsini sürətləndirəcəkdir. Bu həm də dənizçilik, enerji və logistika kimi strateji sektorlarda beynəlxalq standartlara cavab verən kadr bankının formalaşmasına və işsizlik səviyyəsinin azaldılmasına elmi əsaslı töhfə verəcəkdir.  Strateji baxımdan bu əməkdaşlıq Azərbaycanın "2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində əksini tapan müasir innovasiya məkanının yaradılması hədəfi ilə tam üst-üstə düşür. İki ölkə arasında təhsil sahəsindəki sinerji, innovativ ekosistemin qurulmasını və biliklər iqtisadiyyatına keçidi stimullaşdırır. Səudiyyə Ərəbistanının elmi-texnoloji mərkəzləri ilə yaradılan əlaqələr yerli startapların və elmi işlərin kommersiyalaşdırılması üçün beynəlxalq platforma rolunu oynayacaqdır".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər