Enerji sektorundakı azalmalar iqtisadiyyata ciddi təsir edir
2025-ci ildə sənaye məhsulu 63,1 milyard manat olub, 2024-cü ilə nisbətən 1% azalıb. Neft-qaz sektorunda istehsal 2% azalsa da, qeyri-neft-qaz sektorunda 5,5% artım qeydə alınıb. Sənaye məhsulunun 59,6%-i mədən, 33,9%-i emal, 5,5%-i enerji, 1%-i isə su və tullantı emalı sektoruna düşüb.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, sənaye məhsulunun istehsalının əsas səbəbi neft-qaz sektorundakı azalmadır:
“Hasilat düşür və bu paralel olaraq qiymətlər də düşəndə sənaye istehsalı azalır. Çünki neft sənayesi sənaye istehsalı sahəsinə aiddir. Qeyri-neft sektorunda müəyyən artım var. Amma həcm olaraq mütləq rəqəmlərdə o qədər də böyük deyil. Bu ümumi makroiqtisadi göstəricilərə zəif təsir göstərir. Nəticə etibarilə ilə neft-qaz sektorunda azalmalar qeyri-neft sektorunda artım qeyri neft-qaz sektorundakı azalmanı tam kompensasiya edə bilmir. Sənaye məhsulunun azalması əsasən də enerji sektorunda azalmalar Azərbaycanda makroiqtisadi göstəricilərə ciddi mənfi təsir göstərir”.
Nuray Əliyeva
