00:00:00
Yazar
Zəri Bayramlı
11.06.2026 18:02 17 1 dəq oxuma
İqtisadiyyat

Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir

Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir

Rusiya qazının tədarükündə problem yaranacağı və ya qiymətin artacağı təqdirdə, Ermənistan alternativ qaz mənbələri axtara bilər.

 

Bu barədə “Armenia Today” Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyasının sədri Mesrop Mesropyana istinadən məlumat yayıb.

 

“Belə bir vəziyyət yaranarsa, təbii olaraq digər bazarlar və resurslar axtarılacaq. Alternativlər qonşu ölkələrdə - Azərbaycan, Türkmənistan, İran və qaz satan, eləcə də infrastrukturu onun tədarükünə imkan verən bütün dövlətlərdə mövcuddur”, - komissiya rəhbəri brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan hələlik Rusiya qazının qiymətinin artırılması ilə bağlı rəsmi bildiriş almayıb.

#azərbaycan #ermənistan #etmir #qaz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər