00:00:00
Yazar
Banuçiçək Məmmədova
22.04.2026 17:05 19 1 dəq oxuma
Dünya

Ermənistan İsraili təbrik etdi - İranlı ekspertin cavabı

Ermənistan İsraili təbrik etdi - İranlı ekspertin cavabı

Ermənistan Xarici İşlər Nazirliyinin İsrailin Müstəqillik Günü münasibətilə təbriki iranlıların diqqətindən yayınmayıb.

 

"İnformator.az" xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə iranlı ekspert və Tehran Universitetinin professoru Ehsan Müvəhhedian deyib.

 

“Ermənistan Xarici İşlər Nazirliyi İsraili Müstəqillik Günü münasibətilə təbrik edib. Necə də acı bir istehzadır! Bütün dünya İsrailin cinayətlərini pisləyərək bu rejimdən uzaqlaşarkən, Ermənistan hökuməti fərqli bir reallıqda yaşayır. Bu təbrik Qüdsün erməni məhəlləsindəki əmlakla bağlı problemlər, onu əlindən almaq cəhdləri və radikal yəhudilərin erməni keşişlərinə qarşı aqressiv münasibəti fonunda səslənir. İsrail hələ də “erməni soyqırımını” müəyyən mənada Holokostla rəqib olan bir hadisə kimi görür. İsrailin Bakıya verdiyi kəşfiyyat və hərbi yardım “Qarabağın işğalına” və orada yaşayan 120 min erməninin (əslində real rəqəmin 30-40 min, bəzi hesablamalara görə isə daha az olduğu bildirilir - red.) qovulmasına səbəb olub”, - o bildirib.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi Müstəqillik Günü münasibətilə İsrail hakimiyyətinə və xalqına təbrik ünvanlanyıb.

Ehsan Müvəhhedian ermənipərəst və antiazərbaycan mövqeyi ilə tanınır və vaxtaşırı olaraq Ermənistan mediasında Azərbaycana qarşı açıqlamaları ilə gündəmə gəlir.

#xəbər #ekspertin #i̇ranlı #təbrik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər