Ermənistanda hökumət istefa verib
Ermənistan hökuməti istefa verib.
"İnformator.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Nikol Paşinyan sənəd imzalayıb. Sənəd imzalanmaq üçün Ermənistan prezidenti Vaaqn Xaçaturyana göndərilib və sonuncu onu qəbul edib.
Qeyd edək ki, bu, yeni çağırış parlament fəaliyyətə başladıqdan sonra Konstitusiyanın tələbinə uyğun olaraq həyata keçirilən formal prosedurdur. Ermənistan Konstitusiyasının 158-ci maddəsinə əsasən, hökumət parlamentin ilk iclas günü istefa verir.
Bununla belə, yeni hökumət formalaşdırılanadək nazirlər öz vəzifələrini icra etməyə davam edəcəklər.