00:00:00
Yazar
Səadət Əlizadə
13.03.2026 17:30 18 1 dəq oxuma
İqtisadiyyat

Ermənistanla ticarətə və neft məhsullarının ixracına başlanıb

Ermənistanla ticarətə və neft məhsullarının ixracına başlanıb

Ermənistanla sülh yalnız kağız üzərində deyil. Bununla bağlı Birgə Bəyannamə olub və bir neçə ay bundan əvvəl paraflanib. Lakin bizdə sülh yerində hiss olunur.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan və Ermənistan arasında yeni ticarət əlaqələri formalaşmağa başlayır:

 

“Bu əlaqələrin böyük həcmə çatması, məsələn, Gürcüstanla olduğu kimi bir milyard dollarlıq qarşılıqlı ticarət dövriyyəsinə yüksəlməsi üçün hələ uzun illər lazımdır. Çünki bu istiqamətdə bir sıra texniki məsələlər də həll olunmalıdır.
Hazırkı gedişat müsbətdir və hər iki ölkə üçün sülhün bərqərar olması baxımından pozitiv addım kimi qiymətləndirilə bilər. Lakin banklararası köçürmələr hələ mövcud deyil və qarşılıqlı sığorta öhdəlikləri də tam formalaşmayıb.
Bütün bu texniki məsələlər həll olunduqdan sonra cəmiyyət üzvləri arasında həm Azərbaycanda, həm də Ermənistanda qarşılıqlı etimad yaranmalıdır. Hazırda, əsasən, neft məhsulları və tranzit keçidləri gündəmdədir, yeyinti məhsulları isə hələ bu prosesə daxil deyil.
Gələcəkdə ərzaq və qeyri-ərzaq məhsullarının qarşılıqlı ixracı başladıqca bu etimadın daha da möhkəmlənəcəyi gözlənilir. Hələ görüləcək işlər çoxdur, lakin istiqamət doğru hesab olunur.
Uzunmüddətli perspektivdə Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsi hər iki ölkəyə müsbət təsir göstərə bilər”.

 

Səadət Əlizadə

#ticarətə #gündəm #baki #yeni #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər