Erməni yazıçılar istəsə, görüşərəm - Anar
Mən Xalq diplomatiyasının gücünə həmişə inanmışam. Əgər erməni yazıçılar istəyərlərsə, təşəbbüs göstərərlərsə, onlarla görüşüb sülhə gedən yolda müzakirələr apararam.
"İnformator.az" xəbər verir ki, bunu "Musavat.com"a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib.
Xalq yazıçısı bildirib ki, qarşı tərəfdən təklif olarsa, dəyərləndirəcək: “Erməni yazıçıların belə niyyəti varsa, qoy, bizə müraciət etsinlər. Mən görüşüb müzakirələr apararam. Lakin özüm ilk təşəbbüsü göstərmək fikrində deyiləm. Açığını desəm, hazırda erməni yazıçılarla hansısa əlaqəm yoxdur, çoxdandır başqa ölkələrdə keçirilən tədbirlərdə də qarşılaşmırıq.
Əgər görüş xoş niyyətlidirsə və hansısa təxribat yoxdursa, niyə pis baxım ki. Azərbaycan tərəfi həmişə səmimi olub, onlardan da bunu gözləyirəm. Xalq diplomatiyası mütləq olmalıdır”.
