00:00:00
Yazar
Admin User
19.02.2015 14:37 682 1 dəq oxuma
Dünya

Ermənilər mühasirədə

Uşaqlarını götürərək Ermənistandan qaçanlar problemlə üz-üzə qalıb
Ermənilər mühasirədə

 

Hərbi Gürcüstan yolunun bağlanması üzündən Rusiya - Gürcüstan sərhədində 400 avtomobil qalıb. 

Məlumata görə, həmin avtomobillərin xeyli hissəsi Ermənistana məxsusdur. Yolun bağlanması bu Cənubi Qafqaz Respbulikasının Rusiya ilə quru yolu əlaqəsini tam kəsib. 

Sərhəddən verilən məlumata görə, qar məngənəsində qalmış avtomobillərin 305-i böyük yük avtomobili, 6-sı avtobus və 11-i mikroavtobusdur. Ümumiyyətlə, sərhəddə 558 adam qalıb ki, onlardan 14-ü uşaqdır. 

Ermənistan Rusiya ilə Azərbaycandan keçməklə də əlaqə saxlaya bilər. Lakin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi üzündən Azərbaycan - Ermənistan sərhədi bağlıdır. 

Sərhədlərin qışda qar üzündən bu cür tez-tez bağlanması Ermənistan iqtisadiyyatına ciddi zərbə vurur. Bu iş yerlərinin bağlanmasına səbəb olur. Nəticədə, Ermənistandan kənara miqrasiya qış vaxtlarında güclənir. İşsiz, yanacaqsız və yeməksiz qalan ailələr uşaqları və zəruri ev əşyalarını götürərək avtobusla Ermənistanı tərk edirlər. Göründüyü kimi, onların Rusiyaya səfəri də təhlükəsiz olmur və qarlı aşırımlarda ölüm riski ilə üz-üzə qalırlar. 

 

Mənbə: ANS PRESS 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər