Ermənistan Azərbaycanın məhsullarına açıqdır
Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinq zamanı bildirib ki, Azərbaycandan Gürcüstan üzərindən yanacaq tədarükü ilə bağlı müzakirələr gedərkən mövzunu yalnız yanacaqla məhdudlaşdırmaq doğru deyil. Onun sözlərinə görə, enerji daşıyıcıları üçün alternativ mənbələrin çoxalması Ermənistanın maraqlarına tam uyğundur.
Simonyan həmçinin vurğulayıb ki, Yerevan Bakının öz məhsullarını Ermənistan ərazisindən keçməklə Naxçıvana və Türkiyəyə ixrac etməsinə şərait yaratmalıdır. Spiker qeyd edib ki, bu məsələ üzrə Azərbaycanla dialoq davam edir və yaxın vaxtlarda tranzitin reallaşması mümkündür.
