00:00:00
Yazar
Admin User
08.05.2015 12:50 515 1 dəq oxuma
Siyasət

Ermənistan sərhədlərində rus hərbçiləri keşik çəkir

Bir zamanlar qərbi Azərbaycanı işğal etməklə özlərinə dövlət quran ermənilər bu gün həmin əraziləri qorumaqda acizdir
Ermənistan sərhədlərində rus hərbçiləri keşik çəkir

Erməni əsgərlərinin nə döyüş qabiliyyəti var, nə də ki ruhu. Bu ölkə hətta havadarları olmadan öz sərhədlərini belə qorumaq iqtidarında deyil. 

Reportajdakı kadrlardan da açıq aydın görünür ki, sərhəddə Ermənistan bayrağı ilə yanaşı Rusiya bayrağı dalğalanır. Hətta Ermənistan bayrağı bir neçə santimetr Rusiya bayrağından aşağıda yerləşdirilir.

Ermənistan Azərbaycanla Türkiyə arasında imperialist qüvvələrin bir proyektidir. Bu proyekt milli lider Heydər Əliyevin sözləri ilə desək, bir milləti iki dövlətə ayırıb. Erməni  dövləti özlərinə aid olmayan qədim Azərbaycan torpaqlarında – İrəvanda yaradılıb. Maraqlısı budur ki,bir zamanlar qərbi Azərbaycanı işğal etməklə özlərinə dövlət quran ermənilər bu gün həmin əraziləri qorumaqda acizdir.Öz ölkəsinin sərhədlərini qoruya bilməyən dövlət də müstəqil sayıla bilməz.

TTV



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər