00:00:00
Yazar
Admin User
27.02.2015 12:45 644 3 dəq oxuma
Dünya

Ermənistan-Türkiyə sərhədi təhlükə altındadır

Rusiya sərhədçilərinin Ermənistandakı rəhbəri general-mayor Vyaçeslav Biryukov Ermənistanın Armavir sərhəd hərbi hissəsində andiçmə mərasimində bəyan edib ki, Rusiya Federasiyasının sərhəd qüvvələri Ermənistan və MDB ərazilərinin sərhədlərini möhkəm müdafiə edəcək.
Ermənistan-Türkiyə sərhədi təhlükə altındadır

Müəllif: Sabir Babayev, İnformator.az


Rusiya sərhədçilərinin Ermənistandakı rəhbəri general-mayor Vyaçeslav Biryukov Ermənistanın Armavir sərhəd hərbi hissəsində andiçmə mərasimində bəyan edib ki, Rusiya Federasiyasının sərhəd qüvvələri Ermənistan və MDB ərazilərinin sərhədlərini möhkəm müdafiə edəcək. Rusiyanın sərhəd xidməti son günlər xüsusi diqqət mərkəzindədir, əlbəttə, qəribədir ki, bu son günlər belə olub. Qəribə budur ki, Ermənistan ictimaiyyəti və siyasi qüvvələri müstəqil Ermənistanın xarici sərhədinə xarici dövlətin sərhəd xidmətlərinin nəzarət etməsi ilə həmfikirdirlər.

Lakin daha da qəribəsi odur ki, Ermənistan ictimaiyyəti həmin xidmətin fəaliyyətinin hətta qalmaqallı epizodlarına olduqca ciddi reaksiya verib. Məsələn, bir zamanlar Sünik vilayətində hamıya məlum olan belə bir insident baş vermişdi: Rusiya Federasiyası Federsal Təhlükəsizlik Xidmətlərinin fərqlənmə nişanı geyimli şəxsləri Ermənistan vətəndaşı, İrs Partiyasının üzvü Zaruhi Postancyanın və partiyanın başqa bir üzvünün heç bir izahat vermədən vilayətə girməsini qadağan etmişdilər. Bunu həm də dövlət sərhədindən 30 km uzaqlıqda etmişdilər (30 kilometrədək ərazi onların nəzarəti altındadır).

Rus sərhədçiləri özlərinin nəzarəti altında olan zonadan 30 km uzaqda nə edirdilər? Bu hələ açıqlanmayıb. Rusiya sərhəd xidmətinin Ermənistan parlamentinin sədri Hovik Abramyanla məktub yazışması olub və bununla mövzu bağlanıb. Görünür, söhbət Ermənistandan Rusiyaya tərəvəz-bostan bitkilərindən, onların ixracı zamanı problemlərdən və sairədən gedirdi və tərəflər bu dəfə razılaşıblar. Rəsmi versiyaya görə, ondan bir neçə ay sonra Rusiyanın sərhəd xidməti ikinci dəfə Rusiyanın 102-ci hərbi bazasının hərbi xidmətçisi Valeri Permyakovun Gümrüdə törətdiyi qətllə nəzərə çarpıb. O, gümrülü bir ailəni-7 nəfəri güllələyib.

Yenə rəsmi versiyaya görə, Rusiya sərhədçiləri qətldən 18 saat sonra Ermənistan-Türkiyə sərhədinin onlara etimad olunmuş hissəsində Permyakopvu sərhədi pozarkən aşkar edərək həbs etmişlər. Onadək hər şey, necə dəyərlər, normaldır.Qeri-normal ondan sonra başlayır. RusiyasərhədçiləriPermyakovuErmənistanhüquq-mühafizəçilərinə deyil, (buna borclu idilər, Ermənistanın baş prokuroru da bunu vəd etmişdi), sərhədi pozanı həm də Ermənistan tərəfinə heç bir açıqlama və məlumat vermədən Rusiya hərbi bazasına təhvil verirlər. Beləliklə, Ermənistanın xarici sərhədində xidmət edən Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsi Ermənistan Respublikasının qanunlarını pozmuş, Ermənistan vətəndaşlarına, Ermənistana qarşı terror həyata keçirməkdə şübhəli şəxsi Ermənistan Respublikasından gizlətmişlər.

Vyaçeslav Biryukov sərhədin etibarlı müdafiəsini vəd edircə, qoy Ermənistan ictimaiyyətində aşkar qanunsuzluğa görə izahat versin. Eyni zamanda Rusiya sərhəd idarəsindən deyəsən izahat tələb edən yoxdur. Erməistan hakimiyyətinin istər sərhədçilərə, istərsə də Rusiyanın Baş Prokuroluğuna Permyakovun işi üzrə hər hansı məsələ qaldırmağa ixtiyarı yoxdur. Ermənistanın baş prokuroru Gevork Kostanyan gülünc, və ya daha doğrusu, tragikomik vəziyyətə düşüb. Sözsüz, Permyakovu həqiqətən sərhədçilərin aşkar etməsi, onun ümumiyyətlə qışın soyuğunda, necə deyərlər, axtarış rejimi şəraitində Gümrüdən təxminən 20 kilometrlik ərazini keçib Ermənistan-Türkiyə sərhədinə çatması ilə bağlı şübhələr var. Yumşaq desək, sərhədçilərin Permyakovun Rusiya hərbi bazasında necə peyda olması haqqında verdiyasını qablaşdırmaq üçün uydurulub. Əslində onu erməni hüquq-mühafizəçilərinin aşkar etməsində şübhə yoxdur, lakin ruslar tələb edib və götürüb, ya da ümumiyyətlə, Permyakov cinayətdən, yaxud tapşırıqdan sonra öz ayağı ilə hərbi bazaya gedib.

Rusiya sərhəd xidməti bütün bunları işıqlandırmaq üçün qanunsuzluğun nəyə görə yarandığını, aşkar edilmiş sərhədpozanın nəyə görə qanunsuz olaraq hərbi bazanın tabeliyi altında olmasına cavab verməyə borcludur. Ona görə ki, əgər bu sualın cavabı yoxdursa, onda Ermənistanın sərhədlərini qorumaq haqqında bəyanatlar nəinki gülməlidir, həm də təhlükəlidir. Nə qədər ki, Permyakov haqqında suala konkret, tam dəyərli cavab yoxdur, o deməkdir ki, Ermənistan-Türkiyə sərhədinin rus sərhədçilərinin tabeliyi altında olması sadəcə təhlüləlidir, orada daha kimi aşkar etdikləri və hara təhvil verdikləri məlum deyil. Ermənistan Respublikası bu barədə hər hansı məlumat, yaxud izahat almır.

Əgər Ermənistanın sərhədi bu cür qanunsuzluqlarla müəyyən olunursa, onda bu artıq mühafizə deyil, təhdiddir və əgər rus sərhədçiləri Ermənistan sərhədində nəsə qoruyurlarsa, onda onlar sadəcə Federasiyanın mənafeyini mühafizə edirlər.


www.lragir.am/index/arm/0/comments/view/110820


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər