Ermənistanda ordudan yayınma halları artıb: Hərbidən təxris üçün rüşvət verənlər var
Müəllif: SABİR BABAYEV, İnformator.az
Ermənistanın Müdafiə Nazirliyinin mərkəzi hərbi kliniki hospitalının neyrocərrahiyyə bölməsinin baş ordinatoru Hakop Melikyan 2013-cü ilin yanvar ayında bölməyə qəbul etdiyi N hərbi hissəsinin hərbi xidmətçisi Davit Qalaçyanı tərxis etmək üçün 6000 ABŞ dolları rüşvət alıb.
Hakop Melikyana xüsusilə iri məbləğdə rüşvət almaq üzrə Ermənistan Respublikası cinayət məcəlləsinin 311-ci maddəsi 4-cü hissəsinin 2-ci bəndi ilə, Davit Qalaçyana isə xüsusilə iri məbləğdə rüşvət vermək üzrə cinayət məcəlləsinin 312-ci maddəsi 3-cü hissəsinin 1-ci bəndi ilə ittiham irəli sürülüb.
Məhkəmə iclasında ittihamçı hərbi xidmətdən təxris olmaq məqsədilə rüşvət almaq və vermək işi üzə ittiham nitqi ilə çıxış edib. İttihamçı müttəhimlərə irəli sürülmüş ittihamı xüsusilə ilkin istintaqla və məhkəmə istintaqı ilə əsaslandırılmış hesab edib və Ermənistan Respublikası Müdafiə Nazirliyinin mərkəzi hərbi kliniki hospitalının neyrocərrahiyyə bölməsinin baş ordinatoru Hakop Melikyan üçün 8, Müdafiə Nazirliyi N hərbi hissəsinin hərbi xidmətçisi Davit Qaleçyan üçün isə 4 il iş istəyib.
İlkin istintaq mərhələsində hər ikisinə qarşı həbs qəti imkan tədbiri seçilsə də, məhkəmə istintaqı ərzində həbs qəti imkan tədbiri girov qarşılığında məhkəmə salonundan sərbəst buraxılma ilə dəyişdirilib.
www. armversion.am/2015/02/12/զորացրելու-համար-կաշառք- պահանջած-բժշ/
