00:00:00
Yazar
Admin User
04.02.2026 15:41 58 2 dəq oxuma
İqtisadiyyat

“Ermənistanın əsas nəqliyyat xətləri Azərbaycan üzərindən keçir”

“Ermənistanın əsas nəqliyyat xətləri Azərbaycan üzərindən keçir”

Prezident İlham Əliyevlə Nikol Paşinyan hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.

 

Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələrin artması hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcək:

 

"Ölkəmiz üçün bu tranzit haqlarından əldə edilən gəlirlər deməkdir. Ermənistanın əsas nəqliyyat xətləri daha çox Azərbaycan üzərindən keçir. Digər tərəfdən, bu gün Ermənistan enerji tələbatı olan yanacaq, neft, qaz və elektrik enerjisinə olan tələbatı Azərbaycandan ödənilə bilər. Bu da, əlbəttə ki, bizə bu satış imkanlarını artırır və xarici ticarət əlaqələrimizin artmasına səbəb olacaqdır. Digər tərəfdən Ermənistan üçün də müəyyən təsirləri var. Bu Ermənistana indiyə qədər yaşadığı blokadadan çıxması, iqtisadi əlaqələrin genişləndirilməsi, Rusiyadan asılılığın azaldılması və həmçinin digər ölkələrlə iqtisadi inteqrasiyasının, Türkiyə ilə iqtisadi inteqrasiya, həmçinin türk dövlətləri ilə Qazaxıstan, Qırğızıstan, Özbəkistanla iqtisadi əlaqələrin bərpa etməsinə imkanlar yaradacaqdır. Digər tərəfdən xarici iqtisadi dövriyyəsinin, ticarət dövriyəsinin artmasına ciddi imkan verəcəkdir. Və bu baxımdan hesab edirəm ki, Ermənistan daha çox qazanacaq, çünki blokadadan çıxacaqdır. Bu daha çox Ermənistana lazımdır. Sözsüz ki, ölkəmiz də bu baxımdan həm də siyasi dividentlər əldə edəcək. Belə ki, ciddi iqtisadi əlaqələr həm də sülh prosesinə ciddi töhfə vermiş olacaq. Ermənistan-Azərbaycanın iqtisadi əlaqələrinin genişlənməsi bölgədə sülhün dayanaqlığını daha da ciddi təmin etmiş olacaqdır. Və həmçinin gələcəkdə hesab edirəm ki, Azərbaycan Ermənistan ərazisindən Türkiyə birbaşa çıxışda əldə edə bilər və bu da nəqliyyat xəttlərinin qısalmasına öz töhfəsini verə bilər. Əlbəttə, Ermənistandan da Azərbaycana müəyyən məhsullar idxal oluna bilər. Ermənistanda meyvə ixracı imkanlar var. Həmçinin bəzi qiymətli metallar və tikinti materiallarının ixracları var ki, burdan da Azərbaycanın öz istehlakını təmin etmək olar".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər