00:00:00
Yazar
Lalə Qafarova
07.09.2026 21:40 98 2 dəq oxuma
Maraqlı

Estetik əməliyyatların gizli təhlükəsi: Fəsadların qarşısı necə alınmalıdır? 

Estetik əməliyyatların gizli təhlükəsi: Fəsadların qarşısı necə alınmalıdır?

Son zamanlar estetik əməliyyatlara marağın artması ilə yanaşı, bu cür cərrahi müdaxilələrdən sonra yaranan ciddi fəsadlar və hətta ölüm hallarının sayı da diqqət çəkir. Mütəxəssislər bildirirlər ki, fəsadların minimuma endirilməsi və pasiyentlərin təhlükəsizliyinin təmin edilməsi üçün səhiyyə müəssisələrində xüsusi klinik protokollara riayət olunması mütləqdir.

 

Mövzu ilə bağlı “İnformator.az”a həkim-professor Adil Qeybulla estetik əməliyyatların riskləri və reabilitasiya dövrünün əhəmiyyəti barədə danışıb:

 

“Digər əməliyyatlarda olduğu kimi, estetik əməliyyatlar zamanı da müəyyən fəsadlar yarana bilər. Narkoz zamanı və narkozdan ayıldıqdan sonrakı dövrdə müxtəlif ağırlaşmalar müşahidə oluna bilər. Bunlara qanaxma, dehidratasiya, su-elektrolit mübadiləsinin pozulması, eləcə də bəzi hallarda iatrogen səhvlər nəticəsində yaranan fəsadlar daxildir.

Məsələn, liposaksiya zamanı qarın boşluğunun, bağırsaqların və digər orqanların perforasiyası kimi ağırlaşmalar baş verə bilər. Təcrübəli həkim tərəfindən həyata keçirilsə belə, hər bir cərrahi müdaxilənin müəyyən riskləri mövcuddur”.

 

Adil Qeybulla qeyd edib ki, estetik əməliyyatlarla bağlı əsas məsələlərdən biri əməliyyatdan sonrakı müşahidə və reabilitasiyadır:

 

“Hesab edirəm ki, bu əməliyyatlar üçün müvafiq klinik protokol olmalı və xəstə əməliyyatdan dərhal sonra evə buraxılmamalıdır. Təəssüf ki, bəzi hallarda xəstələr tam reabilitasiya olunmadan evə buraxılırlar və bu da sonradan müxtəlif ağırlaşmalara səbəb ola bilər.

Əməliyyatdan sonra su-elektrolit mübadiləsinin pozulması, dehidratasiya və qanın qatılaşması kimi hallar yarana, nəticədə ciddi fəsadlar meydana çıxa bilər. Yaxın günlərdə dünyasını dəyişən üç uşaq anasının ölümü ilə bağlı hadisə də bu məsələnin nə qədər ciddi olduğunu göstərir. Estetik əməliyyatlarla bağlı mütləq klinik protokol hazırlanmalı və ən azı həmin protokola ciddi şəkildə riayət olunmalıdır”.

 

Nurgün Qənizadə

 

#estetik #alınmalıdır? #qarşısı #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər