00:00:00
Yazar
Admin User
14.10.2025 12:57 135 1 dəq oxuma
Dünya

Eurovisionda İsrailin iştirakı ilə bağlı səsvermə təxirə salınıb

Eurovisionda İsrailin iştirakı ilə bağlı səsvermə təxirə salınıb

“Eurovision” Mahnı Müsabiqəsinin təşkilatçıları İsrailin gələn ilki yarışmada iştirakına icazə verilib-verilməməsi ilə bağlı səsverməni təxirə salıblar.

 

Avropa Yayım İttifaqı (EBU) bildirib ki, “Yaxın Şərqdəki son hadisələr” səbəbindən noyabr ayında keçirilməsi planlaşdırılan virtual iclas ləğv olunub.

 

Məlumata görə, İsrailin iştirakı məsələsi əvəzində dekabr ayında baş tutacaq üzbəüz görüşdə müzakirə ediləcək, lakin həmin görüşdə səsvermənin baş tutub-tutmayacağı hələlik dəqiqləşdirilməyib.

 

BBC NEWS

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər