Fövqəladə Hallar Nazirliyi vətəndaşlara xəbərdarlıq edir!
Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı bir sıra qaydaları bilməyimiz vacibdir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən İnformatora verilən Məlumata görə, nazirlik bayram günlərində vətəndaşlara aşağıdakı qaydalara əməl etməyi tələb edir:
− bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
− tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
− tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
− tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
− yandırılan şamlar nəzarətsiz qalmamalıdır;
− əgər pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Yadda saxlayın: qapalı məkanda atəşfəşanlıq etmək olmaz!
Təhlükə zamanı 112-yə zəng edin!
