00:00:00
Yazar
Admin User
16.10.2025 20:04 187 1 dəq oxuma
Mədəniyyət

Füzulinin işğaldan azad olunması

Füzulinin işğaldan azad olunması

2020-ci ilin payızında Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan parlaq qələbələrdən biri də Füzuli şəhərinin azad olunması olub. 17 oktyabr 2020-ci il tarixində Azərbaycan Ordusu bu strateji əhəmiyyətli ərazini Ermənistanın işğalından tam azad edib.

 

Füzuli rayonunun azad olunması təkcə hərbi əməliyyat baxımından deyil, həm də siyasi, mənəvi və tarixi baxımdan mühüm hadisə idi. 1993-cü ildən işğal altında olan bu ərazi illər boyu dağıdılan, viran qoyulub. Lakin 27 illik həsrətdən sonra “Üçrəngli Azərbaycan bayrağı” yenidən Füzuli səmasında dalğalanmağa başlayıb.

 

Füzulinin azad olunması İkinci Qarabağ müharibəsinin gedişatında dönüş nöqtəsi olub. Şəhərin strateji mövqeyi Ordumuza cəbhənin digər istiqamətlərində də üstünlük qazandırıb və növbəti qələbələrin əsasını qoyub.

 

Hazırda Füzuli rayonunda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Yeni yollar, hava limanı, yaşayış binaları, məktəblər və digər sosial infrastruktur inşa olunur. Məqsəd Füzulini müasir və inkişaf edən bir şəhərə çevirmək, yerli sakinlərin doğma yurdlarına qayıdışını təmin etməkdir.

 

Bu tarixi qələbə “Azərbaycan xalqının birliyinin, dövlətimizin siyasi iradəsinin və qəhrəman əsgərlərimizin şücaətinin” nəticəsidir. 17 oktyabr tarixi artıq xalqımız üçün “zəfər və qürur” günlərindən birinə çevrilib.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər