“Facebook”da yenilik
“Facebook” “Messenger” tətbiqinə əlavə etdiyi üz tanıma proqramı ilə şəkil paylaşımını asanlaşdırmağı hədəfləyir.
İnformator xəbər verir ki, proqram gizliliklə bağlı narahatlıqları da ortaya çıxarır. Yeni “Photo magic” proqramı telefonunuzdakı şəkillərə baxır və fotolarda dostlarınızın olub-olmadığını süni yaddaşla müəyyən edir. Bundan sonra dostlarınız olan şəkillər üçün paylaşmaqla bağlı məsləhət alırsınız. Proqram “Facebook”da paylaşdığınız şəkilləri avtomatik işarələməni tovsiyə edən formada çalışır.
“Photo magic” işləri sürətləndirmək üçün dostunuzla yeni bir şəkil çəkdirəndə, sizə xəbərdarlıq göndərir. Beləliklə, xəbərdarlığa klikləyib şəkli paylaşa bilərsiniz.
Digər şəkil paylaşma tətbiqlərində olduğu kimi yeni proqramdan da istifadə etmək üçün icazə verməlisiniz. Hələlik Avstraliyada istifadəyə verilən funksiya üçün gizlilik müzakirələri indidən başlayıb. Bununla belə istəyənlər üz tanıma və işarələmə funksiyalarını bağlayaraq yeni proqramdan imtina edə bilər.
