00:00:00
Yazar
Admin User
05.12.2025 19:40 105 2 dəq oxuma
Sosial

Fast food sektoru və ekoloji addımlar

Fast food sektoru və ekoloji addımlar

Son dövrlərdə McDonald’s, KFC və digər fast food şəbəkələrində içkilərin içilməsi üçün istifadə olunan pipetlərin plastikdən kağıza çevrilməsi diqqət çəkir. Bu kiçik addım görünməz olsa da, ekoloji problemlərin aradan qaldırılması istiqamətində önəmli bir nümunə sayılır.

 

Plastik pipetlər təbiətdə uzun illər ərzində həll olunmur, sulara və torpağa zərər verir, dəniz canlıları üçün təhlükə yaradır. Kağız pipetlər isə təbii materiallardan hazırlandığı üçün daha tez parçalanır və ətraf mühitə mənfi təsiri minimaldır.

 

Bu dəyişiklik yalnız şirkətlər üçün ekoloji məsuliyyət nümunəsi deyil, həm də insanlarda ətraf mühitin qorunmasına dair maarifləndirici mesajdır. Belə kiçik addımlar toplananda böyük fərq yaradır və hər birimiz gündəlik həyatımızda bu cür seçimlər etməklə planetimizin qorunmasına töhfə verə bilərik.

 

İnformator.az”a danışan Xəlil Xəlilov bildirib ki, son vaxtlar fast food şəbəkələrinin plastik pipetləri kağız pipetlərlə əvəz etməsi onu çox sevindirir:

 

“Bu, görünməz bir dəyişiklik kimi görünə bilər, amma əslində böyük fərq yaradır. Hər gün milyonlarla plastik pipet atılır, dəniz canlıları və təbiət bundan əziyyət çəkir”.

 

İnformator.az”a danışan Famil Məmmədov bildirib ki, kağız pipetlərin istifadəsi həm ekoloji baxımdan faydalıdır, həm də insanların bu mövzuya diqqətini çəkir:

 

“Məncə, hər bir kiçik addım ekoloji problemlərin həllinə doğru böyük bir addımdır”.

 

İnformator.az”a danışan Sevinç Arzumanlı bildirib ki, plastik pipetlərin kağızla əvəz olunması gözə çarpan kiçik, amma önəmli bir addımdır:

 

“Hər gün istifadə olunan milyonlarla pipet təbiət üçün böyük ziyan deməkdir”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər