00:00:00
Yazar
Admin User
14.10.2025 20:04 163 2 dəq oxuma
Maraqlı

Faydalı olmaq istəyi- Könüllülük

Faydalı olmaq istəyi- Könüllülük

Son illərdə Azərbaycanda könüllülük mədəniyyəti sürətlə inkişaf edir. Müxtəlif dövlət və qeyri-hökumət layihələrində minlərlə gənc könüllü kimi iştirak edir, həm təcrübə qazanır, həm də cəmiyyətə fayda verir. Lakin hələ də bəzi insanlar könüllülüyü “müftə iş” kimi dəyərləndirir və bu anlayışın əsl mahiyyətini tam anlamır. Könüllülük yalnız şəxsi təcrübə deyil, həm də sosial məsuliyyət hissinin təzahürüdür.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Nailə İsmayılova bildirib ki, dünya təcrübəsində könüllülük təcrübəsi ilə çalışan insanlar var:

 

“Ümumiyyətlə könüllülük prinsipi demək olar ki, bütün ölkələrdə istifadə olunan fəaliyyət növüdür. Çünki bəzən olur ki, insanlar təcrübə qazanmaq məqsədi ilə və yaxud da ki, humanist idealara söykənərək humanistcəsinə çalışmaq, təcrübə qazanmaq istədiyi sahələr olur. Müharibə olan ölkələrdə və yaxud da yoxsulluq baş alıb gedən ölkələrdə digər ölkələrdən könüllü gələn insanlar olur. Onların əsas məqsədi ehtiyacı olan insanlara daha yaxından kömək etmək, onlara mənəvi, fiziki dəstək olmaqdır. Ona görə də əslində bu fəaliyyət çox gözəl fəaliyyətdir. Həmçinin Azərbaycanda da geniş yayılan fəaliyyət növüdür. 2000-ci ilin əvvəllərində bizim ölkəmizdə könüllülük fəaliyyəti daha çox yayılıb. İnsanlar bu sahəyə daha meyilli idi. Bununda əsas səbəblərindən biri odur ki, gənclər öz qazandıqları ixtisas üzrə daha çox təcrübə toplamaq, tərəqqi etmək baxımından könüllü əsaslarla müxtəlif təşkilatlarda fəaliyyət göstərirdilər. Əlbəttə, burada gənclər öz şəxsi keyfiyyətlərini düzəltməyə çalışıblar. Peşəkar təcrübə qazanmaq istəyirdilər. Eyni zamanda hansı təşkilatlarda fəaliyyət göstərirdilərsə, həmin təşkilatlara fayda da veriblər. Azərbaycanda hətta könüllük haqqında qanun da icra olunur. Bu pərakəndə halda idi. Lakin son zamanlarda ASAN xidmət və s. kimi sahələr yarandıqdan sonra könüllülərin bu sahələr üzrə fəaliyyəti də artıb. Hazırda ASAN xidmət üzrə könüllülərin sayı daha çoxdur. DOST agentliyi sahəsində də könüllülər çoxdu. Bu sahədə daha çox insanlar humanistcəsinə fəaliyyət göstərirlər. Onlara daha çox dəstək göstərirlər”.

 

Müsahibimiz həmçinin bildirib ki, könüllü fəaliyyəti daha çox ictimai sahədə özünü göstərir:

 

“Dövlət qurumlarında işə götürülən zaman daha çox gənclər nəzərdə tutulur. Yaşlı insanlarda könüllü ola bilər. Təcrübə istənilir. Bu təcrübəni də daha çox gənclər tələbəlik illərində könüllü fəaliyyətini genişləndirməyə çalışırlar. Bu gələcəkdə iş yerləri tapmaq üçün əlverişlidir. Bu həm təcrübə, həm də inkişaf baxımından yaxşıdır. Könüllülüklə onlar həm də fəaliyyət göstərdikləri sahəyə çox böyük fayda verirlər. Mən çox qürurluyam ki, məhz bu sahədə gənclərimizə dəstək ola bilmişik və onların gələcəkdə təhsilini artırmasına qatqımız olub”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər