00:00:00
Yazar
Admin User
05.02.2026 17:39 87 2 dəq oxuma
Maraqlı

Fevral ayında bizi nə gözləyir?

Fevral ayında bizi nə gözləyir?

Yeni ay dövrü astroloji baxımdan yenilənmə, niyyət qoyma və yeni başlanğıclar zamanı hesab olunur. Bu mərhələdə enerjilər dəyişir, planlar yenilənir və bir çox insan həyatında dönüş nöqtələri yaşaya bilər. Yeni ay hər bürcə fərqli təsir göstərir: kimləri yeni fürsətlər gözləyir, kimlər isə daxili dəyişikliklər yaşayır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında astroloq Aytən Salami bildirib ki, fevral ayının əvvəlində şir bürcündə bir dolunay baş verib:

 

"Bu dolunay çox kritik idi, çünki Satürn ilə Mars və Plutonla neqativ aspekt alırdı. Şir bürcü hakimiyyət, ego savaşları və mübarizə ilə bağlı məsələləri gündəmə gətirir. İnsanlar üzərində fevralın 1-dən başlayan təsiri maksimum 1-2 həftə davam edə bilər. Dolunay enerjisi bitiş enerjisi olduğundan, gərginlik və neqativlik verə bilər, insanlarda baş ağrısı, yuxusuzluq, halsızlıq və ya agresiyanın artması müşahidə oluna bilər. Ən çox təsir alan bürclər fevralın ilk 15 günündə şir, dolça, buğa və əqrəb bürcləridir.

 

Fevral ümumilikdə çox kritik aydır, çünki ayın 25-dən Merkuri balıq bürcündə retro fazaya keçir. Balıq, qız, oxatan və əkiz bürcləri üçün müəyyən mövzular təkrarlanacaq, keçmişə yönələn proseslər gündəmə gələcək. Bu dövrdə yeni bir işə başlamaq, yeni imzalar atmaq tövsiyə edilmir.

 

Ən sonda, fevralın 17-də 2026-cı ilin ilk Günəş tutulması baş verəcək. Bu tutulma dolça bürcündədir və müsbət enerji daşıyır, kollektivdə azadlıq istəyi və təşəbbüskarlıq artacaq. Ən çox təsir alan bürclər dolça, şir, qoç və tərəzilər olacaq".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər