00:00:00
Yazar
Admin User
28.11.2025 10:47 108 1 dəq oxuma
Sosial

FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub

FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub

Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti cari ilin 26-27 noyabr tarixlərində Türkiyə Respublikasında səfərdə olub.

 

"İnformator.az" xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, səfərin təşkil olunmasında məqsəd Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) ilə mövcud qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması olub.

 

Səfər çərçivəsində AFAD-ın rəhbər şəxslərinin və mütəxəssislərinin iştirakı ilə keçirilən görüşlərdə fövqəladə hallar sahəsində milli qanunvericilik, strateji planlama, mülki müdafiə, fövqəladə halların qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində fikir mübadiləsi aparılıb, təqdimatlar edilib.

 

Həmçinin, Nazirliyin nümayəndə heyəti AFAD rəhbəri Əli Həmzə Pəhlivanla görüşüb. AFAD rəhbəri iki qardaş ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul qurumları arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib, əlaqələrin daha da genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini bildirib.


Səmərəli və məhsuldar keçən görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.

 



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər