Filippin hava limanında 46 reys ləğv olundu - SƏBƏB
Filippinin paytaxtı Maniladakı Ninoy Aquino Beynəlxalq Hava Limanının üçüncü terminalında yerli vaxtla saat 01:05 radələrində elektrik enerjisində fasilə yaranıb.
İnformator.az az Türkiyə mediasına istinadən xəbər verir ki, hava limanında bir çox reysdə gecikmələrin yaranmasına səbəb olan fasilə nəticəsində 46 reys ləğv edilib.
Manila Beynəlxalq Hava Limanından verilən açıqlamaya görə, səbəbi hələ də müəyyən olunmayan terminalda texniki nasazlığın baş verdiyi qeyd edilib.
Sözügedən qurum gecikmələrə görə əziyyət çəkən sərnişinlərdən üzr istəyib.
Texniki nasazlığın aradan qaldırması nəticəsində hava limanında elektrik enerjisinin təxminən 8 saat sonra bərpa olunduğu bildirilib.
Fatima
