00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
10.09.2026 23:06 104 1 dəq oxuma
Maraqlı

Filippində bərədə baş verən “ürəkdağlayan” yanğın nəticəsində 5 nəfər ölüb, 86 nəfər itkin düşüb

Filippində bərədə baş verən “ürəkdağlayan” yanğın nəticəsində 5 nəfər ölüb, 86 nəfər itkin düşüb

Filippində bərədə yanğın baş verdikdən sonra ən azı beş nəfər həlak olub, 86 nəfər isə itkin düşüb. Bunu ölkənin Sahil Mühafizəsi Xidməti bildirib.

 

117 sərnişin və 17 ekipaj üzvünü daşıyan MV June Aster Maniladan yola çıxaraq turistlərin məşhur məkanı olan Koron şəhərinə yaxınlaşdığı zaman yanğın baş verib.Çərşənbə günü yerli vaxtla saat 18:45-də (Qrinviç vaxtı ilə 10:45) başlayan yanğın cümə axşamı saat 11:00-a olan məlumata görə hələ də davam edirdi. Sahil Mühafizəsinin bildirdiyinə görə, güclü su axınları və qatı tüstü yanğının söndürülməsi ilə məşğul olan şəxslərin işini çətinləşdirib.


Sağ qalan sərnişinlərdən biri xilas edilməzdən əvvəl iki saat dənizdə üzdüyünü bildirib. Roland Lerma BBC-yə deyib: “Su soyuq idi. Əgər xilasetmə geciksəydi, şübhəsiz ki, öləcəkdim".Sahil Mühafizəsinin çərşənbə gecəsi paylaşdığı video görüntülərdə gəminin alovlar içində olduğu və insanların sudan xilasetmə qayıqlarına çıxarıldığı görünür.Yanğının səbəbi hələ də araşdırılır.

Sahil Mühafizəsinin məlumatına görə, sağ qalanlarla aparılan ilkin müsahibələr yanğının yük anbarında başladığını göstərir. Yük anbarı konteynerlərin və ya müxtəlif malların saxlanıldığı bölmədir. Bildirilir ki, bəzi sərnişinlər xilasetmə jiletlərindən istifadə etməyiblər.Ümumilikdə 43 nəfər xilas edilib, lakin onların neçəsinin xəsarət aldığı hələ məlum deyil.


Sağ qalanlardan yeddisi qonşuluqdakı daha böyük Kulion adasında xəstəxanaya yerləşdirilib. Bu adada xəstəxananın çarpayı imkanları daha geniş, tibbi xidmətlər isə daha əhatəlidir.

#bərədə #yeni #baki #yanğın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər