00:00:00
Yazar
Admin User
23.12.2025 18:38 100 1 dəq oxuma
İqtisadiyyat

“FINCA Azerbaijan” 4 milyon manatlıq yeni istiqraz buraxılışı elan edib

“FINCA Azerbaijan” 4 milyon manatlıq yeni istiqraz buraxılışı elan edib

“FINCA Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı (BOKT) Azərbaycan maliyyə bazarında növbəti istiqraz buraxılışını həyata keçirir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırda buraxılan istiqrazların həcmi iqtisadi miqyasda çox kiçikdir və nə iqtisadiyyata, nə də investisiya mühitinə real təsir göstərə biləcək səviyyədədir.

 

"Konkret olaraq, 4 milyon manatlıq istiqraz emissiyası investisiya baxımından ciddi məbləğ hesab olunmur. Bu səbəbdən də, qısa və orta müddətli dövrdə makroiqtisadi və ya bazar yönümlü təsirləri gözlənilmir. Amma, bu proses uğurlu şəkildə həyata keçərsə, yəni istiqrazlar vaxtında və şərtlərə uyğun ödənilərsə, bu təcrübə digər sahələr və şirkətlər üçün praktik bir nümunəyə çevrilə bilər. Beləliklə, gələcəkdə daha iri həcmli istiqrazların buraxılması və bazarın genişlənməsi mümkün olar.

 

Qeyd etmək lazımdır ki, təklif edilən 15% gəlirlilik bankların əmanətlərə təqdim etdiyi illik faizlərdən (adətən 10% civarında) təxminən 5% yüksəkdir. Bu da istiqrazlara marağı artıra bilər. Lakin bu, eyni zamanda risk amilini də nəzərə almağı tələb edir. Çünki yüksək gəlirlilik daha çox risk ehtiva edən layihələrin və ya təşkilatların göstəricisi ola bilər".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər