00:00:00
Yazar
Admin User
22.12.2025 17:36 102 3 dəq oxuma
İqtisadiyyat

Fitch

Fitch

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2026-cı ildə qlobal neft bazarında təklifin tələbi üstələməyə davam edəcəyini və bunun neft qiymətlərinə aşağı yönlü təzyiq göstərə biləcəyini proqnozlaşdırır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov bildirib ki, beynəlxalq reytinq agentliyi Fitch Ratings-in 2026-cı il üzrə proqnozları qlobal neft bazarının struktur dəyişiklik mərhələsinə daxil olduğunu göstərir:

 

"Agentlik bildirir ki, əgər təklif tələbi üstələyərsə, Brent neftinin qiyməti 60-65 dollar səviyyəsinə, bəzi ssenarilərdə isə 63 dollara düşə bilər. Bu ssenari bazar üçün risk kimi qiymətləndirilir, amma real ola bilən riskdir. Fitchin 2026-cı ildə neftin qiymətinin 63 dollara düşməsinə səbəb ola biləcək riskləri aşağdakı kimi göstərib. Dünyada neftə tələbat tempinin zəifləməsi, lakin ABŞ və digər qeyri-OPEC ölkələrində hasilatın artırılması əsas risk faktorlarında biri sayılır. Qiymətin düşməsinə səbəb ola biləcək digər risklər isə OPEC+ hasilat intizamını qoruya bilməzsə, bazarda qiymətlər düşə bilər. Ümumiyyətlə tələbin azalması qiymətlərin aşağı düşməsinə səbəb olur. Həmçinin bərpa olunan enerjiyə keçid, elektrikli avtomobillər və enerji səmərəliliyi uzunmüddətli tələbi azaldır. Buna baxmayaraq geosiyasi riskləri nəzərə alsaq yaxın şərqdə gərginlik , rusiya-ukrayina müharibəsi hasilatda qırılmalar,fasilələr, çatdırmalarda problemlər yarana bilər ki, bu da neftin qiymətinin nisbətən qalxmasına səbəb ola bilər. Yəni əks riskləri də göz ardı etmək olmaz.

 

Azərbaycan prizmasından: 63-65 dollar səviyyəsi texniki olaraq büdcəyə risk yaratmır, amma əlavə xərclərin genişləndirilməsi üçün manevr imkanlarını azaldır. Fitch-in proqnozu ölkə üçün strateji xəbərdarlıq sayıla bilər. Yəni neft gəlirlərinə söykənən iqtisadi modelin çökmə riski böyük ola bilər. Qlobal bazarda təklifin tələbi üstələməsi (profisit) qısamüddətli sabitlik təmin etsə də, ixracçı ölkələr üçün bir neçə təsir doğurur. Neft qiymətlərinin düşməsi büdcə gəlirlərinə birbaşa təsir edir.Hökumətlər məcburdur ki, sosial və infrastruktur layihələrə daha ehtiyatlı yanaşsınlar. İqtisadi şaxələndirmə zərurəti artır, investisiyalar isə daha ehtiyatla aparılır. Gördüynüz kimi neftin qiymətinin düşməsi büdcəsinin əsas payı neftdən aslı olan dövlətlərə ciddi problemlər yaradır.  Azərbaycan üçün isə qiymətlərin bu səviyyəyə düşməsi ciddi problem yaratmır. 2026-cı ilin büdcəsində neftin qiymətinin 65 dollardan götrülməsi sığorta yastığı rolu oynayır. Büdcə sabitliyini qoruyur, lakin uzunmüddətli perspektivdə qeyri-neft sektorlarını gücləndirmək prioritet olmalıdır. Orta və uzunmüddətli dövrdə elektrikli avtomobillərin yayılması və enerji səmərəliliyinin yüksəlməsi neft tələbinin azalmasına səbəb olacaq. Belə ki, Fitch-in 2026 proqnozu qlobal neft bazarında risklərin artdığını göstərir. Profisit və təklif artımı qiymətləri 63–65 dollar səviyyəsinə qədər endirə bilər. Elektrikli avtomobillərin yayılması və enerji səmərəliliyi neftə təlabatın uzunmüddətli perespektivdə azalması qaçılmazdır.  Azərbaycanla bağlı onu deyə bilərik ki, neft gəlirlərinə bağlı büdcə hələ stabildir, lakin uzunmüddətli dayanıqlığın təmin edilməsi üçün iqtisadi diversifikasiya qaçılmazdır. Fitchin proqnozu həm xəbərdarlıq, həm də planlaşdırma çağırışıdır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər