00:00:00
Yazar
Zəhra Həsənova
18.09.2026 14:01 115 1 dəq oxuma
Dünya

Fitso: Rusiya müttəfiqlərimizə hücum etsə, biz qoşulmayacağıq

Fitso: Rusiya müttəfiqlərimizə hücum etsə, biz qoşulmayacağıq

“NATO Müqaviləsinin 5-ci maddəsinə görə Slovakiyanın mümkün müharibəyə qoşulmasını istəmirəm”.

 

"İnformator.az" xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso deyib.


O bildirib ki, Rusiyanın alyansın müttəfiqlərindən hansısa birinə hücumu halında Slovakiya NATO-nun 5-ci maddəsi üzrə öhdəliklərini yerinə yetirmək niyyətində deyil.

 

“NATO Müqaviləsinin 5-ci maddəsinin tətbiq oluna biləcəyini təsəvvür edə bilərsinizmi? Bunu kimsə təsəvvür edə bilərmi? Kiminsə bizə deyəcəklərini təsəvvür edə bilərmi: 5 000-10 000 əsgər hazırlayın və onlar harasa döyüşə gedəcəklər. Biz kiminlə, niyə və nə üçün döyüşəcəyimizi belə bilməyəcəyik. NATO-nun hansısa 5-ci maddəsinə görə Slovakiyanın hansısa müharibəyə qoşulmasını istəmirəm. Baş nazir kimi Slovakiyanın heç vaxt hərbi münaqişəyə cəlb olunmaması üçün hər şeyi edəcəm”, - Robert Fitso vurğulayıb.

 

Slovakiya lideri bundan əvvəl Avropanın heç vaxt olmadığı qədər genişmiqyaslı müharibəyə yaxın olduğunu iddia edib.

#azərbaycan #biz #gündəm #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər