Sualtı kabellər müharibənin yeni hədəfinə çevrilir
Dünyanın internet və məlumat trafikinin təxminən 99 faizi sualtı fiber-optik kabellər vasitəsilə ötürülür. Mütəxəssislər bu kabellərin fiziki və ya kiberhücumlarla sıradan çıxarılmasının internet, bankçılıq, nəqliyyat və səhiyyə xidmətlərində ciddi fasilələr yarada biləcəyini bildirirlər.
Kiber Diplomatiya və Kəşfiyyat Tədqiqat Mərkəzinin koordinatoru Kübra Özdenin sözlərinə görə, kabellərin qorunması üçün marşrutların izlənməsi, şübhəli hərəkətlərin aşkarlanması və alternativ xətlərin yaradılması vacibdir.
TRT Haber
Aişə Mustafayeva