İstanbul Bələdiyyəsi istintaqında yeni ittiham aktı hazırlanıb
İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaq çərçivəsində 29 şübhəli barəsində 195 səhifəlik yeni ittiham aktı hazırlayıb.
İttiham aktında tender pozuntuları, rüşvət və rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı iddialar yer alıb. Sənəd əsas bələdiyyə işi ilə birləşdirilməsi üçün məhkəməyə təqdim edilib.
TRT Haber
Aişə Mustafayeva