00:00:00
Yazar
Ayan Sadi
01.10.2026 14:23 31 1 dəq oxuma
Maraqlı

Fomo sindromundan necə qurtulmaq olar?

Fomo sindromundan necə qurtulmaq olar?

Cəmiyyətdə sosial mediadakı həyatın reallığı əks etdirməsi ilə bağlı müxtəlif fikirlər var. Zənn olunur ki, trendlərdən kənarda qalmaq həyatdan təcrid olunmaqdır. "İnformator.az"  problemi klinik psixoloq Gülşən Rüstəmova ilə birgə araşdırıb.

 

“Bəzi insanlar ətraf mühitin təsirinə daha tez düşür, özünü qovaraq nələrisə çatdırmağa, mühitlə uyğunlaşmağa çalışır. Son zamanlarda dəbə düşən "fomo" ifadəsi insanın sosial mediada olan trendləri, yaxud gözəl həyat tərzini görüb boşluğa düşməsi ilə əlaqəlidir. Sanki hər kəs irəliləyir, mən isə geridə qalıram. Bu boşluğa təbii ki, psixoloji immuniteti olmayan insanlar düşürlər”.

 

Klinik psixoloq deyir ki, problemin öhdəsindən gəlmək üçün psixoloji immunitet vacib amildir. Psixoloji immuniteti yaratmaq üçün isə hər kəs özünə diqqət ayırmalı, həyatın vitrin olmadığını, göstərilənlərin reallıqla tam uzlaşmadığını başa düşməlidir.

 

“Öz emosional aclığımızı doydurmalıyıq, zövqlərimizi formalaşdırmalıyıq. Bununla yanaşı fomo sindromundan qurtulmaq üçün "filtrləmə" etmək olar. "Filtrləmə" dedikdə gün ərzində şahidi olduğumuz hadisələri şəxsi fitrdən keçirməliyik. Həyat haqqında daha dərin, elmi biliklərə əsaslana bilərik. Eyni zamanda mütəxəssislə işləmək də bizə kömək edə bilər".

 

Xatun Ağalarova

#necə #azərbaycan #fomo #yeni #sindromundan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər