00:00:00
Yazar
Admin User
02.09.2025 17:49 132 1 dəq oxuma
İqtisadiyyat

Forex bazarı

Forex bazarı

Forex bazarı son illərdə həm qlobal iqtisadiyyat, həm də fərdi investorlar üçün mühüm mövzuya çevrilib. Forexbazarlarında yüzlərlə ticarət aləti (valyuta, əmtəə, səhmlər, metallar, enerji) vasitəsilə ticarət əməliyyatları həyata keçirilir.Valyuta məzənnələrinin dəyişməsi bazarda böyük rol oynayır və maraqla izlənilir.

 

Bu mövzu haqqında “İnformator.az”a açıqlamasında Asif İbrahimov bildirib ki,ümumiyyətlə bu Forex bazarında qalmaq üçün treyderlər müvafiq alətlərdən istifadə edirlər fundamental təhlillər, analizlər həyata keçirirlər:

 

”Bu fundamental təhlili həyata keçirərkən ən önəmli faktorların araşdırılması aparılır. Məsələn siyasi, sosial iqtisadi baş verən hadisələr, dünyada baş verən hərbi münaqişələr, ictimai siyasi prosesler: Çinin həyata keçirdiyi iqtisadi həmlələr, Avropada uçot dərəcəsinin qalxması, enməsi kimi hallar dediyimiz məsələlərə ciddi təsirini göstərib. Belə olduğu halda həmin o Forex bazarının dayanıqlılığını ve artma düşmə dinamikasını bu dediyimiz faktorlar tənzimləyir ona görə də, qlobal iqtisadi prosesler Forex bazarına ciddi təsirini göstərib. Fərdi investorların bazarda üzləşdiyi problemlər mövcuddur. Müxtəlif fond və səhm, əmtəə birjalarında risklər olub. Bu qeyd etdiyimiz siyasi proseslerin cərəyan etdiyi dövrdə, bu saysız- hesabsız risklərlə üzləşirlər: məsələn, Covıd19 pandemiyası zamanı bir sıra investorlar ciddi risklərlə üzləşib, bəzi investorlar isə bunu fürsətə çevirə bilib. Hansısa bir siyasi qeyri stabillik, böhranlar həqiqətən də, valyuta məzənnələrinə öz təsirini göstərə bilib".

 

Gövhər Qafarova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər