Əfqanıstan ard-arda zəlzələlərlə sarsıldı
Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətində səhər saatlarından bir-birinin ardınca zəlzələlər baş verir.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin verdiyi açıqlamada yerli vaxtla saat 08:30-10:50 arasında baş verən 4,4 və 4,2 ballıq zəlzələlərin episentrinin Bədəhşan əyalətinin Curm və İskasim rayonları olduğu bildirilib.
Daha sonra yerli vaxtla saat 14:21-də Kurm qəsəbəsi növbəti zəlzələ ilə silkələnib. Zəlzələlər ölkənin şimal əyalətlərində, o cümlədən paytaxt Kabildə, qonşu Tacikistan və Pakistanda da hiss olunub.
