00:00:00
Yazar
Zəhra Həsənova
29.05.2026 20:13 72 2 dəq oxuma
Siyasət

Fransa Avropanın Ukrayna üzrə danışıqlarda tərəf kimi iştirakını istəyir

Fransa Avropanın Ukrayna üzrə danışıqlarda tərəf kimi iştirakını istəyir

Avropa Ukrayna ilə bağlı mümkün sülh danışıqlarında vasitəçi deyil, tamhüquqlu tərəf kimi iştirak etmək niyyətindədir.

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Taleh Əliyev  bildirib ki, Bu gün Rusiya ilə Ukrayna arasında danışıqlarda ciddi irəliləyişin əldə olunması real görünmür:

 

“Lakin real olmadığı halda belə, müxtəlif formatlarda danışıqların aparıldığını müşahidə edirik. Xüsusilə də bu prosesdə vasitəçilik rolunu daha çox Amerika Birləşmiş Ştatları həyata keçirir. Görünür, bu məsələlərdən narahat olan rəsmi Paris, özünü Avropa Birliyinin əsas aparıcı ölkələrindən biri hesab etdiyi üçün, prosesdə birbaşa Fransanın deyil, məhz kollektiv Avropanın tərəf kimi iştirak etməsi fikrini irəli sürür. Bu yanaşmanın başqa bir mənası da ondan ibarətdir ki, Ukrayna Avropanın bir parçası kimi qəbul olunur. Əslində bu, Ukrayna üçün daha uğurlu və faydalı məqam hesab oluna bilər. Amma bunun reallığa çevrilməsi inandırıcı görünmür. Çünki bu gün istər Fransanın, istərsə də Fransa prezidentinin dünya siyasətindəki çəkisi elə səviyyədə deyil ki, səsləndirilən fikirlər yaxın gələcəyin siyasi reallığına çevrilsin. Bununla belə, belə bir mövqe müəyyən qədər Ukraynanın maraqlarına və strategiyasına uyğundur.
Lakin bunun ciddi nəticələr doğuracağı inandırıcı deyil”.

 

Politoloqun sözlərinə görə, çünki tərəflər arasındakı mövcud vəziyyət sülhdən hələ çox uzaqdır:

 

“Digər tərəfdən, əgər belə danışıqlar baş tutacaqsa, əsas tərəflərin böyük ehtimalla Amerika Birləşmiş Ştatları və Rusiya olacağı gözlənilir. Avropa Birliyi isə ən yaxşı halda bu prosesdə müşahidəçi statusunda iştirak edə bilər. Xüsusilə də Donald Trampın hakimiyyətə qayıdışından sonra ABŞ-nin Ukraynaya birbaşa dəstəyinin azalması, bunun əvəzində isə Avropa Birliyinin ön plana çıxması Rusiya tərəfini ciddi şəkildə qıcıqlandırır. Bu səbəbdən də Rusiya danışıqlar masasında Avropanın iştirakına o qədər də müsbət yanaşmayacaq”.

 

Selcan Xudiyeva

#danışıqlarda #üzrə #avropanın #tərəf
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər